“Qoy insan yediyinə diqqət yetirsin” (Qurani-Kərim 80:24). Müqəddəs kitabımız Qurani-Kərimdə buyrulan bu və digər ayələrdə açıq şəkildə görmək olar ki, Allahtəala (c.c) bizlərə mühüm göstərişlər verir. Bəs görəsən bizlər gündəlik həyatımızda yediklərimizə və içdiklərimizə diqqət yetirirkmi?
Məqsədimiz oxuculara silsiləvi şəkildə halal qida, qida qatqıları, halal qidaların hazırlanması barədə məlumat verməkdir. Təsəvvür edin ki, həddi-buluğa çatmış bir müsəlman gündəlik təlabat malları olan çörək, süd məhsulları, ət, şirniyyat, və alkaqolsuz içki alır. Çox zaman alıcılar ət və ət məhsulundan başqa digərləri barəsində araşdırma aparmır hətta bəzi alıcılar heç məhsulun etiketi üzərində yazıları belə oxumur. Amma bəzi gündəlik tələbat məhsullarını qruplaşdırıb onların tərkibini araşdırsaq aşağıdakı mənzərə göz önümüzdə canlanar.
Məsələn ən sadə hesab etdiyimiz çörək istehsalında ən əsas diqqət yetirəcəyimiz məsələlər – maya, və qatqılardır. Bəzən pivə mayasından istifadə edilir, bəzən isə, xəmirin turşuluğunu artırmaq, köhnəlməni ləngitmək, ağartmaq və həcmini artırmaq üçün müxtəlif qatqılardan istifadə edilir. Məsələn həcmi artırmaqdan üçün insan saçından və ya donuz tükündən hazırlanan qatqılardan da istifadə edilir.
Və yaxud süd məhsullarında daha cox mayalar, enzimlərdən istifadə olunur. Enzimlərin isə bəziləri heyvan mənşəli olur. Bu isə öz növbəsində şübhələrin ortaya çıxmasına səbəb olur. Təbii ki, alkaqolsuz içkilər və şirniyyatlarda məsələ daha mürəkkəbdir. Ona görə də istənilən malı alarkən onun üzərindəki etiketdə göstərilən tərkibə və sertifikatın olub-olmamasına diqqət yetirmək lazımdır.
Bəs görəsən dünya ölkələrində dini həssasiyyati olan insanlar öz qida tələbatlarını necə ödəyirlər? Müqayisəli şəkildə bir nümunəni araşdıraq:
Şimali Amerikada 7 milyona yaxın müsəlman yaşıyır. Bu bölgədə əsasən yəhudilərin Koşər standartlarına uyğun məhsullar dominantlıq təşkil edir. Baxmayaraq ki, ABŞ də cəmi 5 milyon yəhudi yaşayır, illik Koşər bazarının həcmi 100 milyard dollardır. ABŞ-də 86 min koşər məhsulları üzrə sertifikat almış supermarket şəbəkələri mövcuddur.
Son araşdırmalar göstərir ki, ABŞ-də cəmi 15 faiz yəhudi Koşər standartlarına uyğun hazırlanmış məhsullardan istifadə edir. 55 faiz ABŞ əhalisi ona görə Koşərdən istifadə edir ki, o daha təhlükəsiz və təmiz qida heasb olunur. ABŞ-də 30 faiz isə vegetarian qidalarından istifadə edir.
ABŞ-də bir halal sertifikatlaşmadan keçən məhsulun müqabilində 86 koşər sertifikatı almış məhsul mövcuddur. Müsəlmanlar il ərzində ABŞ-də 16 milyard dollar koşər məhsullarına pul xərcləyirlər.
Bəs çıxış yolu nədir? Təbii ki, müsəlmalar halal sertifikatlaşdırma sahəsinə daha məsuliyyətli yanaşmalıdırlar və günbəgün bu sahəni inkişaf etdirməlidir. İstər istehsalçılar, istər istehlakçılar qidalara və onların hazırlanmasına diqqət yetirməlidirlər. Halal sertifikatlaşma prosesindən keçən məhsullar müsəlmanlar üçün etibarlı və təhlükəsiz qidalardır. Unutmayaq ki, halal şəkildə qidalanma namaz və oruc kimi vacib məsələlərdəndir.
“Halal Konsaltinq Qrup” MMC
Fuad Ağayev
islam.az saytına istinadən.