Əgər qüdrət və hökümətə çatsa, yer üzündə fəsad edib, əkin sahələrinin və nəslinin məhvi üçün çalışar. Allah fəsadı sevmir (bəqərə 205)
Bu ayənin əvvəlindən göründüyü kimi, həmçinin ondan əvvəlki ayələrdə də qeyd olunmuş, sözü gedən kəslər ləyaqətsiz, münafiq olanlardir ki, əgər əlinə qüdrət keçsə, törədəcəyi fəsaddan danışılır. Ayənin ardinda isə o münafiqin törədəcəyi fəsadın necəliyindən danışılır-“yer üzündə fəsad edər, əkin sahələrini və nəsli məhv edər”
Ayənin 2-ci hissəsini “Əl-Mizan” kitabinin müəllifi Ə.Təbatəbai belə təfsir edir: ”Bu cümlənin zahirindən məlum olur ki, əvvəlki cümləni, yəni “ yer üzündə fəsad”ı bəyan etmək istəyir. Yəni buyurmaq istəyir ki, həmin şəxsin fəsad törətməsi və xarab etməsi əkin və nəsli məhv etməkdir.
Əkin və nəsli məhv etməyi fəsadin izahi kimi gətirməsinin səbəbi, insan həyatının davam etməsinin sütununun yemək və nəsil artırmaq olmasidir. Əgər insan yemək yeməsə ,ölər. Həmçinin əgər nəsil artirmasa , kökü kəsilər. İnsan yeməyini təmin etmək üçün əkinə möhtacdir. Çünki onun yeməyi ya heyvan, ya da bitkidir. Heyvanin özü də yaşamaq və inkişaf etmək üçün əkinə möhtacdir. Deməli bitkidən ibarət olan həmin əkin, insan həyatında əsas və köklü məsələlərdəndir. Bu səbəbdən də yer üzündə fəsadı əkin və nəslin məhvi ilə açıqladı. O, əkin və nəsli məhv etmək yolu ilə yer üzündə fəsad törədir və insanın məhvinə çalişir. ”
Ayədən bu nəticəyə gəlirik ki, münafiq və zalimin qüdrətə çatdığı vaxt ən böyük təhlükəsi iqtisadiyyatın və millətin əqidəsinin məhv edilməsidir . Beləki, saxtalaşdırılmış qanunlar, halal , pak olmayan qidalar, həmçinin insanların rifahını çətinləşdirən riba (faiz) və s. bu kimi haram işlərlə iqtisadiyyatı məhv edib, insanları asılı qoymaq və ideoloji müharibə, təbliğat, narkotik maddələr vasitəsilə gənc nəsli məhv etmək məqsədi, bu iddə insanların əsas məqsədləridir. Bu isə yer üzündə fəsadın yayilmasıdır. Sonda isə Allah-təala buyurur ki, “həqiqətən Allah fəsadı sevmir”.O fəsad ki , insanların əli ilə törədilir. O isə Allahın buyuruqlarının əksin icra etməklə baş veririr.
Beləliklə, aydın olur ki, insanların dünya və axirət maddi və mənəvi rifahının təmin olunmasının yeganə yolu Allahin hökmlərinin əsasinda yaşamaqdir və onun buyuruqlarına əməl etməkdir . Ona görə də bu işin qarsısın alan zalımlara qarşı müqavimət göstərmək lazimdır.