Halal və Tayyib nə deməkdir.

Bu yaxınlarda belə bir reklamla rastlaşdım: “Halal, əllə kəsilmiş toyuqlar”.  Təbii ki, reklamın mahiyyətinə varmaq istəməzdim. Ən azı ona görə ki, bizim toplumda halal tərzdə hazırlanmış qidalarla əlaqədar kifayət qədər məlumatsızlıq hökm sürür. Çünki istiqamətindən asılı olmayaraq hər müəssə bu anlayışı özü bildiyi kimi “təfsir” edir və istehlakçıları inandırmağa çalışırlar ki bu belədir.

Bu yazını yazmaqda əsas məqsəd az da olsa bəzi terminlərə qısaca aydınlıq gətirmək və istehlakçılara müəyyən informasiya verməkdir.

Əslində Allah (c.c.) tərəfindən icazə verilən qidalar “Halalən Təyyibən” konsepsiyasına əsaslanan qidalardır. Bu konsepsiyanın əsası müqəddəs kitabımız “Qurani-Kərim”-in  Bəqərə surəsinin 172-ci ayəsinə (Sizə verdiyimiz ruzilərin təmiz və halalından yeyin!) və digər ayələrə söykənir.

Gəlin ayrı-ayrılıqda bu anlayışlara qısaca baxaq. “Halal” sözünün lüğəti mənası “icazə verilən” deməkdir. “ Təyyibən” sözü  isə ərəbcədən tərcümədə “bəyənilən”, “gözəl”, “yaxşı” anlamına gəlir. Bu anlayışları müasir zamanda istehsal edilən məhsullara uyğunlaşdırsaq onda belə bir bərabərlik alarıq:

  1. Halal= dini + mənəvi amillər
  2. Təyyibən= təhlükəsiz+ keyfiyyətli+qidalandırıcı amillər

Bu iki anlayış sanki bir almanın iki yarısıdır. Onlar yalnız birlikdə kamil ola bilər. Əgər yuxarıda göstərilən bu bərabərlikdə hər hansı bir element çatışmazsa bu “Halalən Təyyibən” konsepsiyasının pozulması deməkdir.

Əlbəttə ki, bu məsələlər haqqında geniş danışmaq olar amma dəyərli oxucuların vaxtını çox da almaq istəməzdik. Ona görə də bacardığımız qədər bu iki ilkin anlayışa izah verməyə çalışdıq.

Necə ki, şəxsi gigiyenamıza və sair məsələlərə diqqət yetiririksə, eləcə də halal hazırlanmış qidalardan istifadə etməyimizə də diqqət yetirək. Unutmayaq ki halal və düzgün qidalanmaq özü də bir ibadətdir.

Materialdan istifadə zamanı halalgroup.az  saytına istinad vacibdir.
This entry was posted in Məqalə. Bookmark the permalink.