Müasir dövrün aktual və inkişaf edən mövzularından biri də İslam maliyyələşməsi, “Halal” qida və ümumilikdə “Halal” konsepsiyasının özüdür. Bəs bu konsepsiyanın özü nə dən ibarətdir və bu ad altında formalaşmış baxışlar, normalar necə başa düşülməlidir. Mövzunu daha yaxşı anlamaqdan ötrü qısaca bəzi terminlərin mahiyyətinə diqqət yetirək.
“Halal” sözü özü İslam dininə məxsus termin olaraq, hərfi mənada “icazəverilən” mənasına gəlir. Qeyri-ərəblər üçün adətən “Halal” sözü daha çox qida və ərzaq məhsulları ilə əlaqədar olaraq işlədilir. Lakin Ərəb dilinin özündə “Halal” sözü icazə verilən bütün hərəkət və davranışları, geyim tərzini, danışıq tərzini, maliyyəni və sairəni əhatə edir. Həmçinin qərb ölkələrində də “Halal” termininə müsəlmanların qida qaydaları kontekstindən yanaşlılır, xüsüsən də ət və ət məhsulları nəzərdə tutulur.
Əslində isə konsepsiyanın özü müsəlmanın həyatının İslam qaydaları ilə tənzimlənən bütün aspektlərini nəzərdə tutur. Bu konsepsiyaya bütövlükdə tam bir sistem kimi yanaşılmalıdır və sistemin hər hansı bir elementi çatışmırsa, təbii ki, bunu təkmil sistem adlandırmaq olmaz.
Daha ətraflı aşağıdakı linkdə baxa bilərsiniz..