29 noyabr – 2 dekabr 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində “World Halal Summit – 2018” zirvə toplantısı keçirilmişdir.
Halal Kontrol Qrupun direktoru Fuad Ağayevin də iştirak etdiyi Sammitdə halal qida, maliyyə, turizm, kosmetika, tibb, kimya, qablaşdırma, avadanlıq, İslami yaşam və geyim kimi bir çox sektordan 26 ölkədən 350 firma, 80 ölkədən 40 min iştirakçı qatılmışdır.
Sammitdə iştirak edən sektorun liderləri, elm adamları, qabaqcıl firma və təşkilatların nümayəndələri , sahənin mütəxəssisləri bir yerə yığılaraq qlobal Halal sektor ilə əlaqəli vacib məsələləri ortaya qoymuş, mövcud vəziyyəti dəyərləndirmiş və görüləcək işlər barədə geniş müzakirələr aparmışlar.