Adətən halal məhsullardan danışıldıqda ilk olaraq ət və ət məhsulları yada düşür. Lakin günümüzdə qida istehsalı texnogiyaları çox mürəkkəb hala gəldiyindən demək olar ki, əksər məhsulların tərkibinin halal olub olmaması istehlakçılarda sual yaradır. Məsələn, bu gün bəzi şirələrin istehsal texnologiyasına baxsaq görərik ki, şirə tam sıxılıb çıxardıldıqdan sonra müxtəlif enzimlər tətbiq edilərək təmizlənməlidir. Yəni şirənin tərkibində qalmış xırda bərk zərrəcilklər tamamilə həll edilməlidir ki, sonradan filterdən keçən zaman filterdə tıxanıqlıq yaratmasın və həmçinin emal prosesinin sürəti azaltmasın. Bundan başqa şirənin çox saxlanılması tərkibin dəyişilməsinə gətirib çıxarır ki, buna görə də enzimlərdən istifadə edilir.
Buna görə də enzimlərin istifadəsi, xüsusilə jelatinin istifadəsi hal-hazırda şirə istehsalında çox geniş yayılmışdır. Dünya üzrə jelatinin hazırlanması əsasən donuzdan alındığı üçün daha çox sual yaradır.
Şirə istehsalçılarının halal sertifikatlaşdırma prosesi zəruri hala gəlib çıxmışdır. Təəssüf ki, halal standartlar və sertifikatlaşdırma ölkəmizdə çox zəif və diqqətdən kənar qalmış bir sahə kimi səciyyələnir.
İstehlakçılar imkan dairəsində özləri təbii meyvələrdən şirə çəkib istifadə etsələr daha etibarlı olar.
Sizlərə Allahdan halal ruzi və halal qida nəsib olmasın diləyirik.