Dünya ərzaq qıtlığı, dünya ərzaq böhranı, ərzaq təhlükəsizliyi və sairə kimi başlıqlara günümüzdə çox tez-tez rast gəlirik. Bəzən bunlar bir konsepsiya, bəzən mif, bəzən arxa fon görüntüsü kimi səslənir. Bəs reallıq nədir?
Dünya ərzaq təhlükəsizliyinin vahid şəkildə idarə edilməsi kimi strateji bir məqsəd öz tarixi başlanğıcını ikinci dünya müharibəsindən əvvəl 1930-cu illərdən götürür. Bu məqsədli şəkildə bir neçə fond (məşhur ailələrə məxsus) tərəfindən irəli atılmış bir konsepsiyadır və əsas hədəf dünyada mövcud resursları və varidatı öz əllərində saxlamaq niyyəti daşıyır.
Patentləşdirilmiş toxum və gen mühəndisliyinin tarixi və inkişafını yuxarıda qeyd edilən fondlarsız təsəvvür etmək mümkün deyil. Onlar ilk olaraq ABŞ və Cənubi Amerika ölkələrində ənənəvi kənd təsərrüfatı əvəzinə nəhəng aqrobizneslər, transmilli korporasiyaların əlində cəmləşən təsərrüfatlar yaratmağa başladılar və sonralar bu konsepsiyanı aktiv şəkildə digər ölkələrə ixrac etməyə başladılar.
2006-cı ildən başlayaraq həmin fondların təsiri ilə Ümümdünya Ticarət Təşkilatı (ÜTT) Avropa birliyinə GMO-lu məhsulların girşi üçün təzyiq etməyə başladı və buna qismən nail oldu. Bəs bizdə qanunvericilik nə deyir?
“Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 17 iyul tarixli 690 saylı Fərmanı ilə GMO məhsullara aid məsələlər əhatə olunub. Həmçinin, “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanunun 27-ci maddəsinin ikinci bəndində qeyd edilir ki, Azərbaycana genetik modifikasiya olunmuş toxumların gətirilməsi və əkilib satışa çıxarılması qəti qadağandır. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” qanunun 3-cü maddəsində də müəyyən müddəalar öz əksini t
apmışdır. Qanunun 6.05 maddəsində, ekoloji təmiz kənd təsərrüfatına dair tələblərdən birində, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalında genetik modifikasiya olunmuş orqanizmlərdən, onların törəməsindən istifadə qadağan olunmuşdur.
MDB ölkələrindən Rusiya, Ukrayna kimi dövlətlərin müvafiq qurumları ölkələrində GMO məhsullarının olduğunu rəsmən təsdiqləsə də ölkəmizdə müvafiq qurumlar bunları təsdiq etmir.
Bütün dünyada tanınmış Greenpeace təşkilatı tərəfindən aparılmış analizlər nəticəsində bir çox məhsulun GMO olduğu sübuta yetirilmişdir. Bu məhsullar Azərbaycan bazarında da var. (Tam siyahı http://gmoguide.greenpeace.ca/shoppers_guide.pdf)
Bundan başqa ABŞ, Braziliya, Argentina və əsas soya ixracatçılarının rəsmi qurumlarının, eləcə də Ümümdünya Səhiyyə Təşkilatının (WHO) eyni zamanda Kənd Təsərrüfatı Təşkilatının (FAO) sənədlərində, hesabatlarında soyanın GMO olması göstərilir.
Bu ölkələrdə GMO və təbii məhsullar arasında heç bir fəqr qoyulmur. Bu ölkələr 2000-ci ildən bəri GMO ilə bağlı Biotəhlükəszilik haqda Kartagen Protokolunu və digər beynalxalq konvensiyaları ratifikasiya etmirlər. Əgər ratifikasiya etsələr onda məcburdurlar ki, məhsulların üzəri
ndə GMO sözü yazsınlar. Amerika ölkələrində Məhsulların Ekvivalentlik Qaydaları tətbiq edilir. Ona görə də onlar satdığı məhsullarda GMO sözünü yazmırlar və o cür də Sertifikat verirlər.
Soyanın dünya üzrə əsas ixracatçıları ABŞ, Braziliya və Argentinadır. Müvafiq olaraq da soya həmin ölkələrdən dünya ölkələrinə və eləcə də ölkəmizə ixrac edilir.
Bütün bunlardan sonra Azərbaycanda GMO-lu məhsulların olub-olmaması qərarını oxucuların öz öhdəsinə buraxırıq.