admin/ February 28, 2014/ Məqalə

Əgər  qüdrət  və  hökümətə  çatsa, yer  üzündə  fəsad  edib, əkin  sahələrinin  və nəslinin   məhvi  üçün  çalışar.  Allah fəsadı sevmir (bəqərə  205)

    Bu  ayənin əvvəlindən  göründüyü  kimi, həmçinin  ondan əvvəlki  ayələrdə  də qeyd olunmuş, sözü gedən  kəslər  ləyaqətsiz, münafiq olanlardir  ki, əgər  əlinə  qüdrət  keçsə, törədəcəyi  fəsaddan danışılır. Ayənin ardinda  isə  o  münafiqin törədəcəyi  fəsadın  necəliyindən  danışılır-“yer üzündə fəsad  edər, əkin  sahələrini  və  nəsli  məhv edər”

      Ayənin 2-ci  hissəsini  “Əl-Mizan” kitabinin müəllifi  Ə.Təbatəbai  belə təfsir edir: ”Bu  cümlənin zahirindən məlum  olur  ki, əvvəlki cümləni,    yəni “ yer  üzündə  fəsad”ı   bəyan  etmək  istəyir. Yəni buyurmaq istəyir  ki, həmin  şəxsin  fəsad  törətməsi  və  xarab  etməsi  əkin  və  nəsli  məhv  etməkdir.

Əkin  və nəsli  məhv etməyi  fəsadin  izahi  kimi  gətirməsinin  səbəbi, insan həyatının  davam etməsinin  sütununun yemək və  nəsil  artırmaq  olmasidir. Əgər  insan  yemək  yeməsə ,ölər. Həmçinin əgər  nəsil  artirmasa , kökü kəsilər. İnsan  yeməyini  təmin  etmək  üçün  əkinə  möhtacdir. Çünki  onun  yeməyi  ya heyvan, ya  da bitkidir. Heyvanin  özü  də  yaşamaq  və  inkişaf  etmək  üçün  əkinə möhtacdir. Deməli bitkidən  ibarət olan  həmin  əkin,  insan  həyatında  əsas  və  köklü məsələlərdəndir. Bu  səbəbdən də yer  üzündə  fəsadı  əkin  və  nəslin  məhvi  ilə  açıqladı.  O, əkin  və nəsli  məhv  etmək  yolu  ilə  yer  üzündə  fəsad  törədir və  insanın  məhvinə  çalişir.  ”

Ayədən  bu  nəticəyə  gəlirik   ki, münafiq  və  zalimin  qüdrətə  çatdığı  vaxt  ən  böyük  təhlükəsi iqtisadiyyatın  və  millətin  əqidəsinin  məhv  edilməsidir .  Beləki,  saxtalaşdırılmış  qanunlar, halal , pak olmayan  qidalar, həmçinin insanların  rifahını  çətinləşdirən  riba (faiz)  və s. bu  kimi  haram  işlərlə iqtisadiyyatı  məhv  edib,  insanları  asılı   qoymaq  və  ideoloji  müharibə, təbliğat,  narkotik  maddələr vasitəsilə   gənc  nəsli  məhv  etmək  məqsədi,  bu  iddə  insanların  əsas  məqsədləridir. Bu  isə  yer üzündə  fəsadın   yayilmasıdır. Sonda  isə  Allah-təala  buyurur ki, “həqiqətən Allah fəsadı sevmir”.O fəsad  ki , insanların  əli ilə törədilir. O isə  Allahın  buyuruqlarının  əksin icra  etməklə   baş  veririr.

Beləliklə, aydın  olur ki,  insanların  dünya  və axirət  maddi  və mənəvi  rifahının  təmin olunmasının yeganə  yolu  Allahin  hökmlərinin əsasinda  yaşamaqdir  və  onun  buyuruqlarına  əməl  etməkdir . Ona görə  də  bu işin  qarsısın  alan  zalımlara  qarşı  müqavimət  göstərmək  lazimdır.

Materialdan istifadə zamanı halalgroup.az saytına istinad etmək vacibdir.