Haqqımızda

HALAL KONSALTINQ QRUP (HAKQ) rəsmi olaraq 2014-cü ildə təsis edilmişdir. Cəmiyyətin əsas məqsədi halal qida və kosmetik məhsullar istehsal edən və xidmətlər göstərən şirkətlərə məsləhət xidməti göstərməkdir.

Mərkəzin yaranmasında zərurət son dövrlərdə bu tip məhsul və xidmətlərin göstərilməsində yaranan boşluqdur. Belə ki, hal-hazırda fərqinə varmadan bir sıra istehsalçılar halal adı altında məhsul buraxır və bu məhsulun nə dərəcə də halal standartlara uyğunluğu istehlakçıda çaşqınlıq yaradır.

Bundan başqa mərkəz olaraq istehlakçıların bu sahədə maarifləndirilməsini də həyata keçirir. Mərkəzin internet səhifəsində Halal standartlar barədə kifayət qədər məlumatlara rast gəlmək olar.

İslam zəngin dəyərlərə və ənənələr malik bir sistem kimi normal şəkildə qidalanmağa da böyük önəm verir. İslamda sadalanan məsələlərlə yanaşı hüquq, idarəetmə, iqtisadiyyat və sairə məsələlər də fundamental konsepsiyalara malikdirlər.  Bütün bunları nərəzə alaraq bu sahəni daha da inkişaf etdirmək cəmiyyətin əsas məqsdələrindən biridir.

Baxmayaraq ki bir mərkəz olaraq 2014-cü ildə yaranıb, mərkəzin mütəxəsisləri artıq 5 ilə yaxındır ki, bu sahədə çalışırlar. Mərkəzimizin mütəxəsissləri arasında qida təhlükəsizliyi, idarəetmə sistemləri, qida texnologiyaları, ilahiyyat və s. üzrə mütəxəssislər vardır.