Category Archives: Məqalə

Bunları bilirdinizimi? GMO – I hissə

admin/ December 18, 2018/ Məqalə

Dünya ərzaq qıtlığı, dünya ərzaq böhranı, ərzaq təhlükəsizliyi və sairə kimi başlıqlara günümüzdə çox tez-tez rast gəlirik. Bəzən bunlar bir konsepsiya, bəzən mif, bəzən arxa fon görüntüsü kimi səslənir. Bəs reallıq nədir? Dünya ərzaq təhlükəsizliyinin vahid şəkildə idarə edilməsi kimi strateji bir məqsəd öz tarixi başlanğıcını ikinci dünya müharibəsindən əvvəl 1930-cu illərdən götürür. Bu məqsədli şəkildə bir neçə fond (məşhur

Read More

Bunları bilirdinizmi? Meyvə şirələri..

admin/ December 13, 2018/ Məqalə

 Adətən halal məhsullardan  danışıldıqda ilk olaraq ət və ət    məhsulları yada düşür. Lakin günümüzdə qida istehsalı texnogiyaları çox mürəkkəb hala gəldiyindən demək olar ki, əksər məhsulların tərkibinin halal olub olmaması istehlakçılarda sual yaradır. Məsələn, bu gün bəzi şirələrin istehsal texnologiyasına baxsaq görərik ki, şirə tam sıxılıb çıxardıldıqdan sonra müxtəlif enzimlər tətbiq edilərək təmizlənməlidir. Yəni şirənin tərkibində qalmış xırda bərk

Read More

Halal Kontrol Qrup “World Halal Summit – 2018” zirvə toplantısında.

admin/ December 6, 2018/ Məqalə

29 noyabr – 2 dekabr 2018-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində “World Halal Summit – 2018” zirvə toplantısı keçirilmişdir. Halal Kontrol Qrupun direktoru Fuad Ağayevin də iştirak etdiyi Sammitdə halal qida, maliyyə, turizm, kosmetika, tibb, kimya, qablaşdırma, avadanlıq, İslami yaşam və geyim kimi bir çox sektordan 26 ölkədən 350 firma, 80 ölkədən 40 min iştirakçı qatılmışdır. Sammitdə iştirak edən sektorun

Read More

Halal Qida Standartları və İslam maliyyələşməsi

admin/ December 13, 2014/ Məqalə

Müasir dövrün aktual və inkişaf edən mövzularından biri də İslam maliyyələşməsi, “Halal” qida və ümumilikdə “Halal” konsepsiyasının özüdür. Bəs bu konsepsiyanın özü nə dən ibarətdir və bu ad altında formalaşmış baxışlar, normalar necə başa düşülməlidir. Mövzunu daha yaxşı anlamaqdan ötrü qısaca bəzi terminlərin mahiyyətinə diqqət yetirək. “Halal” sözü özü İslam dininə məxsus termin olaraq, hərfi mənada “icazəverilən” mənasına gəlir. Qeyri-ərəblər

Read More

Əl Bəqərə 205

admin/ February 28, 2014/ Məqalə

Əgər  qüdrət  və  hökümətə  çatsa, yer  üzündə  fəsad  edib, əkin  sahələrinin  və nəslinin   məhvi  üçün  çalışar.  Allah fəsadı sevmir (bəqərə  205)     Bu  ayənin əvvəlindən  göründüyü  kimi, həmçinin  ondan əvvəlki  ayələrdə  də qeyd olunmuş, sözü gedən  kəslər  ləyaqətsiz, münafiq olanlardir  ki, əgər  əlinə  qüdrət  keçsə, törədəcəyi  fəsaddan danışılır. Ayənin ardinda  isə  o  münafiqin törədəcəyi  fəsadın  necəliyindən  danışılır-“yer üzündə fəsad  edər, əkin  sahələrini  və 

Read More

Halal qida standartlarına bir baxış

admin/ February 26, 2014/ Məqalə

Əslində bu məqaləni yazmağa vadar edən səbəb son günlər aktuallaşan halal qida standartları və sertifikatlaşdırma barəsəində cərəyan edən fikir müxtəlifliyidir. Halal sertifikatlaşdırma beynalxalq təcrübədə geniş istifadə olunur. Onun əsas mahiyyəti istehsalçının tətbiq etdiyi halal standartlarını yoxlayaraq məhsulun halal qaydalara uyğun gəlməsini təsdiq edən bir sənəddir (sertifikat). Bu sənəd həmin istehsalçıya verilirsə və həmin istehsalçının istehsal etdiyi məhsulun üzərinə müvafiq şəkild

Read More

İslamda Halal Qida

admin/ January 16, 2014/ Məqalə

İnsan  yaradılışın  əşrəfidir. Yaradan  insanı  böyük  hədəflər  üçün  yaradıb. O,  həm  Yaradanın  yanında  əziz  olmalı, həm  də əbədi  məkan  sayılan  axirət  aləminin  səadət  mənzili  olan  cənnətdə  məskunlaşmalıdı. Dünya  axirətin  keçid  yeridir, insan  bir  müddət bu həyatda  yaşamalıdır. O,  ruh  və  cisimdən  ibarət  olduğu  üçün  dünyada  yaşadığı  müddətdə həm  ruhunu, həm də cismini  qidalandırmalıdır. Ruhun  qidası  ibadət  olduğu  halda, cismin  qidası 

Read More

Halal və Tayyib nə deməkdir.

admin/ January 14, 2014/ Məqalə

Bu yaxınlarda belə bir reklamla rastlaşdım: “Halal, əllə kəsilmiş toyuqlar”.  Təbii ki, reklamın mahiyyətinə varmaq istəməzdim. Ən azı ona görə ki, bizim toplumda halal tərzdə hazırlanmış qidalarla əlaqədar kifayət qədər məlumatsızlıq hökm sürür. Çünki istiqamətindən asılı olmayaraq hər müəssə bu anlayışı özü bildiyi kimi “təfsir” edir və istehlakçıları inandırmağa çalışırlar ki bu belədir. Bu yazını yazmaqda əsas məqsəd az da

Read More

Süd məhsulları

admin/ January 12, 2014/ Məqalə

Bu mövzuda süd və süd məhsulları barəsində qısa amma ətraflı məlumat verməyə çalışacayıq. Müqəddəs kitabımız  “Qurani Kərim” də süd haqqında belə buyrulur: “Şübhəsiz ki, davarda (sağmal heyvanlarda) da sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər. (Qanın və ifrazatın dadı, qoxusu və rəngi əsla südə qarışmaz. Əksinə,

Read More